Modern.az

Müharibə əlilləri ödənişləri SABAH ALACAQ

Müharibə əlilləri ödənişləri SABAH ALACAQ

Aktual

2 Avqust 2022, 12:40

"Bu gün ərzində elektron sistemlər üzərindən 11 000-dək Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələr həyata keçiriləcək".

 

Modern.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

 

Nazir deyib ki, sabah vəsait həmin şəxslərin ödəniş kartlarında olacaq.

 

"Həmin şəxslər I dərəcə əlilliyə görə – 8 800 manat, II dərəcə əlilliyə görə – 6 600 manat, III dərəcə əlilliyə görə – 4 400 manat alacaq. Bu ödənişlər vətəndaş-məmur təması olmadan elektron sistemlər üzərindən həyata keçiriləcək", - S.Babayev qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı