Modern.az

“Neftçi”nin potensial rəqibi məlum oldu

“Neftçi”nin potensial rəqibi məlum oldu

Aktual

2 Avqust 2022, 16:40

İsveçrənin Nyon şəhərində Avropa Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılıb.

 

Modern.az-ın məlumatına "Neftçi" üçüncü mərhələdə Avstriyanın "Rapid" klubunu üstələyəcəyi təqdirdə "Vaduts" (Lixtenşteyn) - "Konyaspor" (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq.

 

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 18-də, cavab matçları isə avqustun 25-də olacaq. "Neftçi" "Rapid"ə qarşı ilk görüşünü avqustun 4-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 11-də Vyanada keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı