Modern.az

İrəvan meriyası, metro və parlamentdə bomba həyəcanı

İrəvan meriyası, metro və parlamentdə bomba həyəcanı

Aktual

2 Avqust 2022, 21:52

Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvan meriyasına, Zvartnots hava limanına, parlamentə və digər dövlət qurumlarına bomba qoyulması barədə məlumat daxil olub.

 

Modern.az xəbər verir ki, bu haqda Ermənistan mediası məlumat yayıb.

 

Bildirilib ki, adları çəkilən ünvanlara FHN-nin xüsusi briqadaları cəlb olunub. Hazırda axtarış işləri aparılır.

 

Məlumata görə, İrəvanda metro stansiyaları bomba xəbərdarlığına görə bağlanıb, sərnişinlər təxliyə edilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı