Modern.az

“Qarabağ” Bakıda “Ferentsvaroş”a qarşı

“Qarabağ” Bakıda “Ferentsvaroş”a qarşı

Aktual

3 Avqust 2022, 07:11

"Qarabağ" klubu bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

 

Modern.az-ın məlumatına görə, "köhlən atlar" III təsnifat mərhələsinin ilk matçında Macarıstanın "Ferentsvaroş" klubunu qəbul edəcək.

 

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşün baş hakimi isveçli Andreas Ekberq olacaq.

 

Ağdam təmsilçisi oyuna ciddi itkilərlə çıxacaq. Belə ki, Kevin Medina zədəli, Kadi Borges və Riçard Almeyda isə cəzalı olduqları üçün Macarıstan çempionuna qarşı ilk matçı buraxacaqlar. Qonaqlardan isə Henri Vinqo zədə səbəbindən meydana çıxa bilməyəcək.

 

Komandalar arasında cavab oyunu avqustun 9-da Budapeştdə keçiriləcək.

 

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

 

3 avqust

20:00. "Qarabağ" (Azərbaycan) - "Ferentsvaroş" (Macarıstan)

Hakimlər: Andreas Ekberq, Mehmet Çulum, Niklas Nyuberq, Adam Ladebek (hamısı İsveç)

 

VAR hakimləri: Yohem Kamfus, Rob Diperink (hər ikisi Niderland)

Tofiq Bəhramov adına Respublika stadionu

 

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) cütünün güclüsü ilə üz-üzə gələcək. "Qarabağ" - "Ferentsvaroş" cütündə uduzan komanda isə UEFA Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) – "Şkupi" (Şimali Makedoniya) cütünün məğlubu ilə görüşəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı