Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev idman azarkeşləri ilə görüşəcək.
Modern.az xəbər verir ki, görüş avqustun 5-də "Dəniz Mall"da təşkil ediləcək. Tədbirdə idmançının imza sessiyası baş tutacaq.
Qeyd edək ki, "Ataman" ləqəbi ilə məşhur olan R.Fiziyev UFC-də (Mütləq Döyüş Çempionatı) keçirdiyi son 6 döyüşündə rəqiblərinə qalib gəlib. 29 yaşlı idmançı ötən ayın 9-da ABŞ-ın Las-Veqas şəhərində braziliyalı Rafael dus Anyusla döyüşə ilk dəfə Azərbaycan təmsilçisi kimi çıxıb.
Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsi olub.