Modern.az

Voleybolçularımızın yarışlar üçün heyəti bəlli oldu

Voleybolçularımızın yarışlar üçün heyəti bəlli oldu

Aktual

3 Avqust 2022, 10:44

Avropa çempionatının (AVRO-2023) təsnifat mərhələsində və V İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq kişi voleybolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti bəlli olub.

 

Modern.az-ın məlumatına görə, baş məşqçi Pərviz Səmədovun rəhbərlik etdiyi komandada 14 voleybolçu yer alır.

 

Bunlar Tural Həsənli, Roman Qurski, Yeqor Nikulenko, Ramazan Ağabəyov, Dmitri Baranov, Mərdan Məmmədov, Vüqar Bayramov, Cavid Süleymanov, Aqil Ağazadə, Yusif Bünyatov, Andrey Vasilenko, Andrey Melnikov, Emil Abdullayev və Kənan Allahverdiyevdir.

Qeyd edək ki, bu heyət Azərbaycanı Türkiyənin Konya şəhərində keçiriləcək İslamiadada da təmsil edəcək. 8 - 15 avqustda baş tutacaq voleybol yarışlarında Azərbaycanın kişi millisinin A qrupundakı rəqibləri Sudan, Kamerun və Mərakeşdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı