Modern.az

İranda daşqın nəticəsində ölənlərin sayı 90-a çatdı

İranda daşqın nəticəsində ölənlərin sayı 90-a çatdı

Aktual

3 Avqust 2022, 10:52

Ötən 12 gün ərzində İranda leysan yağışları və çayların daşması nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb.

 

Modern.az-ın məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib.

 

P.Kulivəndin sözlərinə görə, daşqınlarda 8 nəfər itkin düşüb:

 

“Daşqınlarda İranın 31 vilayətindən 24-ü zərərçəkib. Hazırda ölkənin 661 bölgəsində yardım əməliyyatları davam edir”, - deyə o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı