Modern.az

Vüqar Qurbanovdan yeni direktor TƏYİNATI

Vüqar Qurbanovdan yeni direktor TƏYİNATI

Aktual

3 Avqust 2022, 12:24

Şəki Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib. 

 

Modern.az xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə Heyəti sədrinin vəzifəsini icra edən Vüqar Qurbanov əmr imzalayıb.

 

Əmrə əsasən, xəstəxananın direktoru vəzifəsi Əliyev Məcid Abduləli oğluna həvalə olunub.

 

Qeyd edək ki, M. Əliyev 2010-2017-ci illərdə də Şəki Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 2019-cu ildən etibarən Zaqatala Rayon Mərkəzi Xəstəxanasının direktoru kimi fəaliyyət göstərib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı