Modern.az

İranda qırıcı qəzaya uğradı - Yaralılar var

İranda qırıcı qəzaya uğradı - Yaralılar var

Aktual

3 Avqust 2022, 13:08

İran Silahlı Qüvvələrinin “Su-22” qırıcı təyyarəsi qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

 

Hadisə ölkənin cənubunda yerləşən Şiraz əyalətində baş verib. Qəza zamanı hər iki pilot xəsarət alıb, onlar hospitala çatdırılıblar.

 

İlkin ehtimala əsasən, qəzaya səbəb texniki nasazlıq olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı