Modern.az

Alban-Udi xristian icmasının üzvləri Hadrutda - FOTOLAR

Alban-Udi xristian icmasının üzvləri Hadrutda - FOTOLAR

Aktual

3 Avqust 2022, 13:16

Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən qədim Alban məbədi növbəti dəfə Udilər tərəfindən ziyarət olunub.

 

Modern.az bildirir ki, Alban-Udi Xristian Dini İcmasının üzvləri Xocavəndin Çinarlı kəndində Ağxaç kilsəsində olublar.

 

Uzun illərdən sonra X-XII əsrə aid olan kilsələr əsl sahibləri olan alban udiləri qarşılayır.Onlar burada dini ayin icra edərək, şamlar yandırıb, dualar oxuyublar.

 

Məlumat üçün bildirək ki, Xocavənd rayonunun Hadrut qəsəbəsində​ yerləşən Alban kilsələri tarix-memarlıq abidəsi olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı