Modern.az

UEFA-dan azərbaycanlı hakimə yeni təyinat

UEFA-dan azərbaycanlı hakimə yeni təyinat

Aktual

13 Avqust 2022, 09:48

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

 

Modern.az xəbər verir ki, 35 yaşlı baş hakim Latviyada RFŞ və Şimali İrlandiyanın "Linfild" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu idarə edəcək.

 

Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirəcək.

 

Qeyd edək ki, avqustun 18-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı