Modern.az

Bakıda yaşayış binası sökülür - FOTOLAR

Bakıda yaşayış binası sökülür - FOTOLAR

Aktual

13 Avqust 2022, 12:25

Bakının Nizami rayonunda daha bir yaşayış binasının sökülməsinə başlanılıb.

 

Modern.az Trend-ə istinadən xəbər verir ki, söhbət Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi 88-98 ünvanında yerləşən binadan gedir. Binadan artıq sakinlərin köçürülməsinə başlanılıb.

 

Qeyd edək ki, həmin ünvanda yerləşən binalardan biri artıq bir neçə ay əvvəl sökülüb. Ərazidəki 11 binanın mərhələli şəkildə sökülməsi nəzərdə tutulur. İlkin mərhələdə beş, növbəti mərhələdə isə altı binanın söküləcəyi gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı