Modern.az

Salman Rüşdini bıçaqlayan gəncin FOTOSU

Salman Rüşdini bıçaqlayan gəncin FOTOSU

Aktual

13 Avqust 2022, 12:40

Xəbər verdiyimiz kimi, ötən gün Hindistanın məşhur yazıçısı Salman Rüşdi Nyu-Yorkda hücuma məruz qalıb.

 

Modern.az-ın məlumatına görə, Salman Rüşdi tədbirdə çıxış edən zaman bir nəfər əlində bıçaqla səhnəyə çıxaraq ona xəsarət yetirib. Dünya şöhrətli yazıçıya 10-15 bıçaq zərbəsi vurulduğu deyilir.

 

Hadisəni törədən şəxsin kimliyi artıq müəyyənləşdirilib. Polisin rəsmi məlumatına görə, Salman Rüşdini Nyu-Cersi ştatının 24 yaşlı sakini Hadi Matar bıçaqlayıb.

 

Həmin şəxsin fotosunu təqdim edirik:

 

 

Ehtimal olunur ki, yazıçıya bıçaqlı hücum 1989-cu ildə yazdığı "Şeytan ayələri" kitabına görə olub. Həmin kitab satışa buraxılan gündən çox böyük səs-küyə səbəb olmuş, hətta İranın dini lideri Ayətullah Xomeyni tərəfindən Rüşdi haqqında ölüm fətvası verilmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı