Modern.az

Ukraynanın qələbəsi üçün vacib olan 5 addım

Ukraynanın qələbəsi üçün vacib olan 5 addım

Aktual

13 Avqust 2022, 13:00

Ukrayna Prezident Ofisi müharibədə Rusiyaya qalib gəlmək üçün əsas şərtləri açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Prezident Ofisinin rəhbəri Andrey Yermak teleqram kanalında yazıb.

 

Onun sözlərinə görə, Kiyevin qələbəsi üçün Rusiya terrorun himayədarı kimi tanınmalı, Rusiya vətəndaşları üçün viza qadağası tətbiq olunmalı, neftin qiyməti tənzimlənməli, qaz sanksiyası tətbiq edilməli və Ukraynaya silah verilməlidir.

 

Qeyd edək ki, Rusiya ordusu bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı