Modern.az

Din xadimlərinin müsahibəsi başa çatdı - NƏTİCƏLƏR

Din xadimlərinin müsahibəsi başa çatdı - NƏTİCƏLƏR

Aktual

13 Avqust 2022, 18:25

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən keçirilən İslam dininə aid ibadət yerlərinə (məscidlər) din xadimlərinin təyin edilməsi ilə bağlı müsahibə başa çatıb.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, 24 may 2022-ci il tarixində elan edilmiş müsahibəyə 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə alınıb.

 

2 avqust-13 avqust tarixlərində keçirilən müsahibədə 251 nəfər iştirak edib. Onlardan 133 nəfər müsahibədən uğurla keçib, 118 nəfər isə müsahibədən keçid balını toplaya bilməyib. 19 nəfər müxtəlif səbəblərdən müsahibədə iştirak etməyib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı