Modern.az

Xaricə gedən azərbaycanlıların sayı 2 dəfə artıb

Xaricə gedən azərbaycanlıların sayı 2 dəfə artıb

Aktual

16 Avqust 2022, 12:28

Cari ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq 829,4 min nəfər olub.

 

Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

 

Məlumata görə, İrana gedənlərin sayı 4,3 dəfə, Türkiyəyə gedənlərin sayı 2,2 dəfə, Gürcüstana gedənlərin sayı 1,9 dəfə, Rusiyaya gedənlərin sayı isə 23,2% artıb. Ölkə vətəndaşlarının 47,9%-i Türkiyəyə, 16,6%-i Rusiyaya, 12,2%-i İrana, 8,3%-i Gürcüstana, 15%- digər ölkələrə səfər edib. Gedənlərin 64,8%-ni kişilər, 35,2%-ni qadınlar təşkil edib.

 

2022-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edənlərin 60,1 %-i hava, 37,3 %-i dəmir yolu və avtomobil, 2,6 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı