Modern.az

Bir neçə halda terrorun qarşısı alınıb - DSX generalı

Bir neçə halda terrorun qarşısı alınıb - DSX generalı

Aktual

16 Avqust 2022, 12:58

Bir neçə halda Ermənistan Silahlı Qüvvələri tərəfindən qeydə alınan terror-pozuculuq fəaliyyətinin qarşısı qətiyyətlə alınıb. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini general-leytenant Abbas Xəlilov bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs rejiminin pozulması halları mütəmadi olaraq qeydə alınır. 

 

“Ümumiyyətlə, DSX Ali Baş Komandanın hər bir tapşırığını yüksək səviyyədə yerinə yetirməyə hazırdır” - A.Xəlilov vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı