Modern.az

Rusiya, Belarus və Ermənistan hərbçiləri İranda təlimə TOPLANDI

Rusiya, Belarus və Ermənistan hərbçiləri İranda təlimə TOPLANDI

Aktual

16 Avqust 2022, 13:05

İran, Rusiya, Belarus və Ermənistanın hərbi hava qüvvələrinin iştirakı ilə İranın Kaşan şəhərində təlimlər keçirilir.

 

Modern.az xəbər verir ki, bu barədə İran İslam İnqilabının Keşikçiləri Korpusunun nümayəndəsi, general Əli Bilali məlumat bildirib.

 

Onun sözlərinə görə, 4 ölkənin birgə keçirdiyi hərbi təlimdə havadan müdafiə taktikası öyrənilir. Belə ki, hərbi təlimə pilotsuz uçan aparatlar da cəlb olunub.

 

Təlimlar zamanı İran hərbçiləri həmkarlarına PUA-lardan istifadə qaydalarını öyrədəcəklər.

 

General onu da diqqətə çatdırıb ki, hərbi təlimlərin məqsədi regionda sülhün qorunub saxlanması, qlobal terrorçuluğa və davamlı təhlükəsizliyin təmin edilməsindən ibarətdir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı