Modern.az

“Snayper həddi” müsabiqəsinin püşkü atıldı

“Snayper həddi” müsabiqəsinin püşkü atıldı

Aktual

16 Avqust 2022, 13:47

"Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində İran İslam Respublikasının Yəzd şəhərində keçirilən “Snayper həddi” müsabiqəsinin birinci mərhələsinin püşkatma mərasimi olub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, iştirakçı ölkələrin nümayəndə heyətləri və rəhbərlərinin, hakimlər komissiyasının üzvlərinin iştirak etdiyi mərasimdə müsabiqənin birinci mərhələ və onun epizodlarının icra olunması üzrə ardıcıllıq müəyyənləşdirilib, komandalar mərhələ üzrə qruplara bölünüblər.

 

"Snayper həddi" müsabiqəsi avqustun 27-dək davam edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...