Modern.az

Ermənistanda qorxulu anlar yaşanır - FHN hərəkətə keçdi

Ermənistanda qorxulu anlar yaşanır - FHN hərəkətə keçdi

Aktual

16 Avqust 2022, 13:51

Ermənistan Fövqəladə Hallar Nazirliyinə Zvartnos beynəlxalq aeroportuna bomba qoyulması barədə məlumat daxil olib.

 

Modern.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Ayk Kostanyan bildirib.

 

Onun sözlərinə görə, məlumat FHN-ə elektron poçt vasitəsilə göndərilib.

 

Hazırda aeroportda olan FHN-in briqadaları siqnalı yoxlayırlar. Nazirlik rəsmisi qeyd edib ki, insanların hava limanından təxliyəsi planlaşdırılmır.

 

Xatırladaq ki, bu gün səhər saatlarında İrəvan metrosunun stansiyalarına partlayıcı qurğu qoyulduğu barədə məlumat daxil olmuşdu. Bununla əlaqədar metronun işi müvəqqəti dayandırılmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı