Modern.az

Şoyqu: Ukrayna Silahlı Qüvvələri böyük itkilər verib

Şoyqu: Ukrayna Silahlı Qüvvələri böyük itkilər verib

Aktual

16 Avqust 2022, 14:44

Ukrayna Silahlı Qüvvələrinin itkiləri böyükdür, lakin Kiyev rəhbərliyi real rəqəmləri ictimaiyyətdən gizlədir.

Modern.az xəbər verir ki, bunu avqustun 16-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Ordu-2022” forumu çərçivəsində beynəlxalq təhlükəsizlik üzrə Moskva konfransında çıxışı zamanı deyib.

Şoyqu onu da vurğulayıb ki, zaman keçdikcə, bu məlumatlar ictimailəşəcək.

“Hazırda ukraynalı hərbi əsirlərin ifadələri bizə cəbhənin o biri tərəfində baş verənlər barədə real təsəvvür yaratmağa imkan verir”, - deyə Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...