Krım yarımadasındakı hərbi anbarda baş vermiş partlayışa diversiya səbəb olub.
Modern.az xəbər verir ki, belə bir açıqlamanı Rusiya Müdafiə Nazirliyi yayıb.
Qeyd edilib ki, hərbi obyektlə yanaşı, mülki infrastruktur - elektrik xətləri, elektrik stansiyaları, dəmir yolları və yaşayış binaları da zədələnib.
"İnsan itkiləri yoxdur. Təxribatın nəticələrinin aradan qaldırılması üçün lazımi tədbirlər görülür", - Rusiya Müdafiə Nazirliyi vurğulayıb.
Xatırladaq ki, avqustun 16-da səhər saatlarında Krımdakı hərbi hissələrdən birində müvəqqəti silah-sursat anbarının ərazisində gurultulu partlayışlar baş verib. Rəsmi məlumata görə, partlayış zamanı iki mülki şəxs yaralanıb. Hadisə yerinin ətrafında beş kilometrlik təhlükəsizlik zolağı yaradılıb və mülki şəxslər təxliyə edilib.