Modern.az

Elmar Qasımov qızıl medal uğrunda yarışacaq

Elmar Qasımov qızıl medal uğrunda yarışacaq

Aktual

16 Avqust 2022, 15:14

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında cüdoçuların mübarizəsi davam edir.

 

Modern.az xəbər verir ki, təmsilçilərimizdən Elmar Qasımov yarımfinalda türkiyəli rəqibi Mərt Şişmanlara qalib gələrək finala vəsiqə qazanıb. O finalda Özbəkistan təmsilçisi Muzaffarbek Turoboyev ilə qızıl medal uğrunda mübarizə aparacaq.

 

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır. İslamiada avqustun 18-dək davam edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı