Bu il birinci qrup üzrə müəyyən ixtisaslarda keçid balları artacaq.
Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
“Bu il I qrup üzrə 600-dən yuxarı bal toplayanların sayı ötən illə müqayisədə təxminən iki dəfə artıb. Bu da o deməkdir ki, ixtisaslarda keçid balları artacaq”, - deyə DİM sədri vurğulayıb.