Modern.az

İran PUA-ları Moskavada nümayiş olundu - Ermənistan maraq göstərdi

İran PUA-ları Moskavada nümayiş olundu - Ermənistan maraq göstərdi

Aktual

16 Avqust 2022, 15:40

Moskvadakı “Ordu 2022” forumunda ziyarətçilər ən çox İranın pilotsuz təyyarələrinə, o cümlədən zərbə vuran dronlarına böyük maraq göstərirlər.
 

Modern.az xəbər verir ki, bu haqda Rusiyanın RİA Novosti agentliyi məlumat yayıb.

“Xəbərləri izləyən insanlar bizim pilotsuz təyyarələrimizin nəyə qadir olduğunu, o cümlədən Fars körfəzində baş verənləri yaxşı bilirlər. Hər kəs artıq İran pilotsuz uçan aparatlarının nəyə qadir olduğunu bilir. Buna görə də burada ən çox dronlara və kvadrokopterlərə diqqət yetirilir”, - deyə İran nümayəndəsi Nayafi Pour  Davud bildirib.


O, həmçinin əlavə edib ki, İran sərgidə raketlər, müxtəlif hava hücumundan müdafiə sistemləri və reaktiv yaylım atəşi qurğuları təqdim edir.


İran “Ordu 2022” forumunda ümumilikdə üç pilotsuz uçuş aparatı təqdim edib: “Quadcopter”, “Mohajer 6” və “Karrar-3”.

Birincisi həm mülki məqsədlər  - məsələn, yanğınların söndürülməsi üçün, həm də hərbi məqsədlər üçün istifadə edilə bilər və zərbə mərmiləri daşıya bilər. Onun xüsusiyyətləri aşağıdakılardır: uçuş çəkisi - 21 kiloqram, yük çəkisi - 1 kiloqramdan 7 kiloqrama qədər, 10 kilometrə qədər məsafədə və 400 metrdən çox olmayan yüksəklikdə işləyir, çalışma müddəti - 60 dəqiqəyə qədər.


İkincinin çəkisi 670 kiloqramdır, yüklənə bilən çəkisi 100 kiloqrama qədərdir, 200 kilometr məsafədə və təxminən 5 kilometr yüksəklikdə işləyir, işin müddəti 12 saata qədərdir.

Üçüncünün çəkisi 510 kiloqramdır, 250 kiloqrama qədər yük daşıya bilir və 9 kilometrə qədər hündürlüyə qalxır.

İran stendində RİA Novosti-yə bildiriblər ki, “Karrar-3” dronu həm zəbə dronu, həm də “kamikadze” kimi istifadə edilə bilər.


İran tərəfinin bildirdiyinə görə, onların milli stendi sərgidə xarici dövlətlərin bütün nümayəndələri arasında ən böyüyüdür. Stend bir gün əvvəl İran Baş Qərargahının nümayəndəsinin iştirakı ilə açılıb.

Məlumata görə, Ermənistan da İran PUA-ları ilə maraqlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı