Ukraynanın Donetsk bölgəsində ruslarla savaşda daha bir azərbaycanlı döyüşçü həlak olub.
Modern.az-ın məlumatına görə, bu barədə Ukraynada yaşayan diaspor fəalı Ceyhun Kəsəmən bildirib.
Onun sözlərinə görə, həlak olan həmyerlimiz Elşad Ağalovdur. O, "Gürcü legionu"nun əsgəri olub. Əslən Zəngilan rayonundan idi.
Hazırda Ukrayna Azərbaycanlıları Şurası Azərbaycanın Ukraynadakı səfirliyi ilə birgə onun cəsədinin Vətənə göndərilməsi məsələsi ilə məşğuldur.
Allah rəhmət eləsin!