Modern.az

Qlobal taxıl qıtlığı olmayacaq - Rusiya XİN

Qlobal taxıl qıtlığı olmayacaq - Rusiya XİN

Aktual

17 Avqust 2022, 12:48

Taxılın qiymətinin aşağı düşməsi qlobal aclıq təhlükəsinin olmayacağını göstərir.

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Dmitri Biriçevski deyib.

“Düşünürəm ki, taxılın qiymətləri son aylarda davamlı şəkildə aşağı düşdüyü üçün qlobal qıtlıq olmayacaq”.

Biriçevski izah edib ki, bu, ilk növbədə Rusiya, BMT, Türkiyə və Ukrayna arasında əldə olunan uğurlu razılaşmalarla bağlıdır. Artıq Türkiyə gəmiləri Qara dəniz vasitəsilə Ukrayna taxılını Avropa bazarına çıxarmağa başlayıb.

Son günlər yayılan qlobal xəbərdarlıqlarda anti-Rusiya sanksiyaları səbəbindən Avropanı aclıq gözlədiyi bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı