Modern.az

“Sizi həmişə xatırlayıram və çox sevirəm” - Emin Ağalarov

“Sizi həmişə xatırlayıram və çox sevirəm” - Emin Ağalarov

Aktual

17 Avqust 2022, 15:27

Xalq artisti Emin Ağalarov dahi sənətkar Müslüm Maqomayevin doğum günü ilə bağlı paylaşım edib.

 

Modern.az yazır ki, o, Maqomayevin arxiv görüntülərini paylaşaraq, xatirəsini anıb.


“Bu gün, avqustun 17-də Müslüm Maqomayevin 80 yaşı tamam olacaqdı... Böyük, parlaq, müdrik, istiqanlı, mehriban, bir sözlə inanılmaz... Mən sizi həmişə xatırlayıram və çox sevirəm. Hər şey üçün təşəkkürlər”, - deyə, E.Ağalarov bildirib.

Qeyd edək ki, bu gün Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı