Modern.az

Mişustin Əli Əsədova zəng edib

Mişustin Əli Əsədova zəng edib

Aktual

17 Avqust 2022, 17:25

Avqustun 17-də Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycanın baş naziri Əli Əsədova zəng vurub.

 

Nazirlər Kabinetindən Modern.az-a verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan-Rusiya strateji əməkdaşlığının inkişafından razılıq ifadə olunub.

 

Müxtəlif sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunub. Eyni zamanda, qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır