Modern.az

Qadın millimiz İslamiadanın qalibi oldu

Qadın millimiz İslamiadanın qalibi oldu

Aktual

17 Avqust 2022, 21:34

Azərbaycanın qadın basketbolçulardan ibarət 3x3 yığması Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

 

Modern.az xəbər verir ki, millimiz qızıl medal uğrunda görüşdə Mali yığmasını 21:6 hesabla məğlub edib.

 

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı