Modern.az

Özünü körpüdən atmaq istədi, xilas edildi

Özünü körpüdən atmaq istədi, xilas edildi

Aktual

17 Avqust 2022, 21:41

Lənkəran rayonunun Sütəmurdov kəndində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

 

Modern.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumat daxil olub.

 

FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı