Modern.az

Çempionlar Liqasında ilk oyunların nəticələri

Çempionlar Liqasında ilk oyunların nəticələri

Aktual

18 Avqust 2022, 08:24

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk matçları yekunlaşıb.

 

Modern.az xəbər verir ki, ikinci yarış günündə 3 qarşılaşma keçirilib.

 

Belə ki, Azərbaycan təmsilçisi "Qarabağ"ın Bakıda Çexiyanın "Viktoriya" (Plzen) komandasını qəbul etdiyi ilk qarşılaşmaya qolsuz heç-heçə ilə yekun vurulub.

 

İsrailin "Makkabi" (Hayfa) klubu evdə Serbiya "Srvena Zvezda"sına 3:2, Portuqaliya "Benfika"sı isə Ukraynada Kiyev "Dinamo"suna 2:0 hesabı ilə qalib gəlib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı