Modern.az

Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi

Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi

Aktual

18 Avqust 2022, 09:27

Dövlət Sərhəd Xidmətinin maddi-texniki bazası daimi olaraq yenilənir.

 

Modern.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev deyib.

 

Onun sözlərinə görə, sərhəd bölmələri müasir silahlarla, döyüş texnikaları ilə, xüsusi avadanlıqlarla, yüksək manevrli və keçid qabiliyyətli nəqliyyat, sualtı əməliyyat və müşahidə vasitələrilə, istehkam avadanlıqları və qoruyucu vasitələrlə təmin edilir.

 

"Dövlət sərhədlərinin etibarlı mühafizəsi həlledici dərəcədə sərhədçilərin peşəkarlığından, sərhəd bölmələrinin peşəkar kadr heyəti ilə komplektləşməsindən asılıdır. Dövlət Sərhəd Xidmətinin fəaliyyətində kadr hazırlığı çox əhəmiyyətli və xüsusi diqqət yetirilən bir sahədir", - deyə DSX rəisi vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı