Modern.az

Meşə yanğınları 26 nəfərin həyatına son qoydu

Meşə yanğınları 26 nəfərin həyatına son qoydu

Aktual

18 Avqust 2022, 13:00

Əlcəzairin şərq əyalətlərində meşə yanğınları nəticəsində 26 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Sinxua agentliyi Əlcəzair Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

 

Bildirilib ki, yanğınlar El Tarf əyalətində 24, Setif əyalətində isə 2 nəfərin ölümünə səbəb olub. Ölkənin 14 şərq əyalətində 39 meşə yanğını tüğyan edir. Yanğınla mübarizəyə aviasiya qüvvələri də cəlb edilib.

 

Ümumilikdə isə dünyada meşə yanğınları son 20 ildə iki dəfə artıb. Avropada bu il anomal istilər səbəbindən rekord miqdarda meşə yanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı