Modern.az

Tokayevin Bakıya gələcəyi vaxt məlum oldu 

Tokayevin Bakıya gələcəyi vaxt məlum oldu 

Aktual

18 Avqust 2022, 13:35

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfər tarixi məlum olub.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. 

 

Bildirilib ki, səfər avqustun 24-də baş tutacaq.

 

Məlumata əsasən, səfər çərçivəsində ticari-iqtisadi, nəqliyyat, logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi və strateji tərəfdaşlığın inkişafına dair məsələlər müzakirə olunacaq.

 

Bundan əlavə, ölkələr arasında bir neçə sənədin imzalanması planlaşdırılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya üçün ağır itki - Şok ölüm xəbəri yayıldı