Modern.az

Qonşuda işsizlik səviyyəsi aşağı düşdü

Qonşuda işsizlik səviyyəsi aşağı düşdü

Aktual

21 Avqust 2022, 10:04

Gürcüstanda cari ilin ikinci rübündə işsizlik səviyyəsi 18,1 faiz təşkil edib. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4 faiz azdır.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

 

Bildirilir ki, 2021-ci ilin ilk iki rübündə ölkədə işsizlik dərəcəsi 22,1 faiz olub.

 

İlin ikinci rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə muzdla işləyənlərin sayı 36,2 min nəfər (4,4 faiz) artaraq 867,9 min nəfərə, özünüməşğulların sayı isə 19,4 min nəfər (5,1 faiz) artaraq 401,2 min nəfərə çatıb.

 

Hesabat dövründə işsizlərin sayı 63,0 min nəfər (18,3 faiz) azalaraq 281,6 min nəfər təşkil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı