Finlandiyanın “Fennovoima” enerji şirkəti Rusiyanın “Rosatom” şirkətinə qarşı hüquqi prosesə başlamaq niyyətindədir.
Modern.az xəbər verir ki, bu barədə şirkətin icraçı direktoru Yoakim Spekt bildirib.
Məlumata görə, “Fennovoima” artıq arbitraj məhkəməsinə iddia qaldırıb. Ümumilikdə Finlandiya şirkəti "Rosatom"dan təxminən 2 milyard avro tələb edir.