Modern.az

“Viktoriya” - “Qarabağ” oyunu bu hakimlərə tapşırıldı

“Viktoriya” - “Qarabağ” oyunu bu hakimlərə tapşırıldı

Aktual

21 Avqust 2022, 13:02

Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun hakim təyinatları açıqlanıb.

 

Modern.az xəbər verir ki, qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək. 

 

FİFA referisi Artur Diaşa Ruy Tavareş və Paulu Soareş laynsmanlar qismində köməklik göstəcək. Dördüncü hakim funksiyasını Fabiu Verisimu yerinə yetirəcək. VAR hakimləri Tyaqu Martinş və Luiş Qodinyu olacaq.

 

Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı