Modern.az

Həkimlər çağırışa motosikletlə gedəcəklər

Həkimlər çağırışa motosikletlə gedəcəklər

Aktual

21 Avqust 2022, 15:23

Gürcüstanın Təcili Yardım Mərkəzi Batumidə "motosikletli həkim" layihəsinin icrasında başlayıb.

 

Modern.az xəbər verir ki, Batumidə xüsusi təlim keçmiş həkimlər çağırış yerinə motosikletlə gedəcəklər.

 

Ölkənin Səhiyyə Nazirliyindən bildirilib ki, layihə səmərəli olacaq və dar, çətin küçələrdə, insanların toplaşdığı yerlərdə, eləcə də kurort zonalarında təcili yardımın effektivliyini artıracaq.

 

Qeyd edək ki, tibbi yardım motosikletləri Gürcüstanın Səhiyyə Nazirliyinə Dünya Bankı tərəfindən təqdim olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...