Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Moskva vilayətində rusiyalı ictimai-siyasi xadim Aleksandr Duqinin qızı Darya Duqinanın qətlində Kiyevin əlinin olması barədə ittihamları rədd edib.
Modern.az xəbər verir ki, Podolyak hadisənin Ukrayna ilə əlaqəli olmadığını bildirib.
“Ukraynanın, əlbəttə ki, bununla heç bir əlaqəsi yoxdur. Çünki biz kriminal dövlət deyilik", - Podolyak cavab verib.
Qeyd edək ki, Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqinin qızı Darya Duqina həlak olub. Hadisə Moskva vilayətində “Toyota Land Cruiser Prado” markalı avtomobilin partlaması nəticəsində baş verib. İlkin ehtimala əsasən, avtomobilə quraşdırılan bombanın işə düşməsi 30 yaşlı Duqinanın həyatına son qoyub. Rusiya tərəfi hadisədə Ukraynanın izi olduğu qənaətindədir.