Modern.az

Özbəkistan bu avtomobillərin istehsalını dayandırır

Özbəkistan bu avtomobillərin istehsalını dayandırır

Aktual

21 Avqust 2022, 16:51

Özbəkistanın "UzAuto Motors" şirkəti 2022-ci ilin sonuna qədər Chevrolet Spark və Nexia avtomobillərinin istehsalını dayandıracaq. 

 

Modern.az xəbər verir ki, bu barədə Özbəkistan avtomobil istehsalçısının mətbuat xidməti bildirib.

 

İlin sonunadək şirkət komponentlərin qalıqlarından avtomobillər istehsal edəcək. "UzAuto Motors" istehsal xətlərini yeni məhsulların - Tracker krossoverinin və Chevrolet Onix sedanının istehsalına keçirmək üçün iki modeldən imtina etmək qərarına gəlib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...