"Keçən il deyirdim və hiss edirdim ki, VAR gələndən sonra daha böyük problemlər olacaq".
Modern.az xəbər verir ki, bunu "Zirə" klubunun baş məşqçisi Rəşad Sadıqov "Sumqayıt"la oyundan sonra deyib.
O, VAR-a görə oyunun 6 dəqiqə dayandırılmasına qarşı çıxıb.
"VAR-a görə altı dəqiqə dayanmaq olar? 6 dəqiqə fasilə verirsən, rəqib istirahət edir. 2-3 dəqiqədən çox vaxt ayrılmamalıdır. Ondan sonra üstünlük yaratmaq çətinləşir", - deyə mütəxəssis bildirib.
R.Sadıqov qeyd edib ki, VAR-a daha təcrübəlilər cəlb edilməlidir: "Çünki onlar həlledici rol oynayırlar. Qarşılaşmanın bu qədər dayanmasına səbəb olurlar. Adam hiss edir ki, qarşıdakı turlarda bizi nələr gözləyir".