Modern.az

Terminaldan 8 min OĞURLANDI

Terminaldan 8 min OĞURLANDI

Aktual

3 Sentyabr 2022, 12:01

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki marketlərin birində quraşdırılmış ödəmə terminalından 8000 manat, digər mağazadan isə 250 manat oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyindən (DİN) xəbər verilib.

 

Bildirilib ki, bunlar əvvəllər də oğurluğa görə məhkum olunmuşlar - Şabran rayon sakini T.Əmiraslanov və Xocalı şəhər sakini  E.Zeynalovdur.

 

Hazırda faktlarla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Döyüş meydanında yaralıları xilas edən XTQ həkiminin yaşadıqları (II hissə)