Modern.az

Tanışının örüş sahəsini yandıran şəxs TUTULDU

Tanışının örüş sahəsini yandıran şəxs TUTULDU

Aktual

3 Sentyabr 2022, 18:15

Şabranda tanışının örüş sahəsini yandıran şəxs saxlanılıb.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

 

Belə ki, Şabran Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən bir nəfər şəxs ona məxsus 1 hektar örüş sahəsinin Əli Ələkbərov adlı şəxs tərəfindən ehtiyatsızlıqdan və məsuliyyətsizlikdən yandırılması barədə məlumat verib.

 

Yanğın zamanı xəsarət alan olmayıb. Hadisə yerinə Şabran Rayon Polis Şöbəsinin və yanğından mühafizə xidmətinin əməkdaşları cəlb olunub.

 

Faktla bağlı Şabran RPŞ-da araşdırma aparılır.

 

1164775

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı