Modern.az

Rusiya meymunçiçəyinə qarşı vaksin hazırladı

Rusiya meymunçiçəyinə qarşı vaksin hazırladı

Aktual

6 Sentyabr 2022, 10:26

Rusiyanın Tibb-Biologiya Federal Agentliyi meymunçiçəyinə qarşı vaksin hazırlayıb, hazırda onun ilkin kliniki sınaqları keçirilir.

 

Modern.az-ın məlumatına görə, bunu agentliyin rəhbəri Veronika Skvortsova deyib.

 

Onun sözlərinə görə, ilkin nəticələrə əsasən vaksinin hər hansı bir yan təsiri müşahidə olunmayıb və virusa qarşı yüksək dayanıqlılıq qeydə alınıb.

 

Vaksinin növbəti sınaqları davam etdirilir.

 

Qeyd edək ki, meymunçiçəyi bu günədək 100 ölkədə yayılıb. Xəstəliyə 53 mindən çox şəxs yoluxub, 15 nəfər ölüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı