Modern.az

“Frayburq” – “Qarabağ” matçının hakimləri bilindi

“Frayburq” – “Qarabağ” matçının hakimləri bilindi

Aktual

6 Sentyabr 2022, 13:00

UEFA Avropa Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində keçiriləcək “Frayburq” (Almaniya) – “Qarabağ” (Ağdam) oyununun hakimləri açıqlanıb.

 

Modern.az xəbər verir ki, qarşılaşmanı Belçikadan olan hakimlər briqadası idarə edəcək.

 

Matçın baş hakimi Erik Lambrexts olacaq. Ona Jo de Veirdt və Matias Hillert kömək edəcəklər. Dördüncü hakim funksiyasını Vim Smet yerinə yetirəcək.

 

VAR hakimləri fransalı Benua Miyo və Villi Delajo olacaqlar.

 

Qarşılaşmanın hakim-inspektoru ispaniyalı David Fernandes Borbalan, UEFA nümayəndəsi isə ingiltərəli Conatan Lizedir.

 

Qeyd edək ki, sentyabrın 8-də Frayburq şəhərindəki “Europa-Park” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər