Modern.az

“Qarabağ” Avroliqada ilk matçına çıxır

“Qarabağ” Avroliqada ilk matçına çıxır

Aktual

8 Sentyabr 2022, 08:27

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinə start veriləcək.

 

Modern.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” klubu ilk görüşünü səfərdə keçirəcək.

 

G qrupunda mübarizə aparan Qurban Qurbanovun komandası Almaniyada “Frayburq”un qonağı olacaq. “Volfsvinkel” stadionunda keçiriləcək qarşılaşma saat 23:00-da start götürəcək.

 

Avropa Liqası
I tur, G qrupu
8 sentyabr


23:00. “Frayburq” (Almaniya) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Erik Lambrexts (Belçika)
Frayburq. “Volfsvinkel” stadionu

 

Qeyd edək ki, qrupun digər oyununda Fransa “Nant”ı Yunanıstan çempionu “Olimpiakos”u qəbul edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı