Modern.az

Zaqatalada qanunsuz ov edən qohumlar saxlanıldı

Zaqatalada qanunsuz ov edən qohumlar saxlanıldı

Aktual

15 Sentyabr 2022, 15:20

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayonun Uzunqazmalar kəndi ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, araşdırma zamanı onların rayon sakinləri, qohumlar-İlqar Bayramov və Bəxtiyar Musayev olduqları müəyyən edilib. Həmin şəxslərdən müvafiq sənədləri olmayan 2 ov tüfəngi və həmin silaha aid patronlar, eləcə də ovladıqları çöl heyvanının əti  aşkar edilərək götürülüb.

 

İ.Bayramov və B.Musayev barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün  rayon məhkəməsinə göndərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı