Modern.az

Erməni nazir Avropa İttifaqının nümayəndəsinə şikayətləndi

Erməni nazir Avropa İttifaqının nümayəndəsinə şikayətləndi

Aktual

15 Sentyabr 2022, 16:12

Sentyabrın 15-də Ermənistanın müdafiə naziri Suren Papikyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bəyan edib.


Görüşdə Aİ-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Andrea Vitorin də iştirak edib.


Yaranmış vəziyyətə operativ reaksiya verdiyinə və bölgəyə səfər etdiyinə görə minnətdarlığını bildirən müdafiə naziri S.Papikyan sentyabrın 13-də Azərbaycan-Ermənistan sərhəsində yaranmış vəziyyəti təqdim edib.


Nazir Azərbaycanı planlaşdırılmış təxribatda suçlayıb. Papikyan vəziyyətin Aİ tərəfindən qiymətləndirilməsinin zəruriliyini vurğulayıb.


Toivo Klaar öz çıxışında hərbi əməliyyatların dərhal dayandırılması ilə bağlı Aİ-nin mövqeyini təqdim edərək, bütün mövcud fikir ayrılıqlarının müstəsna olaraq diplomatik vasitələrlə həll edilməsinin zəruriliyini vurğulayıb. Toivo Klaar, həmçinin Aİ-nin tərəflər arasında danışıqlar prosesinin bərpasına və razılaşmaların əldə olunmasına yardım etmək öhdəliyini təsdiqləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı