Modern.az

Həbsdə olan generalın şikayəti təmin olunmadı

Həbsdə olan generalın şikayəti təmin olunmadı

Aktual

15 Sentyabr 2022, 17:14

“Tərtər işi” ilə əlaqədar həbs olunan general-mayor Bəkir Orucovun apellyasiya şikayəti təmin olunmayıb.

 

Modern.az xəbər verir ki, sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsində onun şikayətinə baxılıb.

Sentyabrın 2-də Bakı Hərbi Məhkəməsi tərəfindən verilmiş həbs qərarı dəyişdirilmədən saxlanılıb. Məhkəmə qərarın dəyişdirilməsi üçün əsasların olmadığı qənaətinə gəlib.

Qeyd edək ki, general-mayor Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi olub. O, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı